Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Sloveniyanın “Selye” kollektivinin qonağı olacaq.
“Selye” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bolqarıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma İctimai TV kanalı vasitəsilə canlı yayımlanacaq.
17 iyul
“Selye” (Sloveniya) - “Sabah” (Azərbaycan)
Selye stadionu. Saat 22:00
Baş hakim: Draqomir Draqanov
Baş hakimin köməkçiləri: Xristo Hadziyski, Krasimir Atanasov
Dördüncü hakim: Martin Jivkov Velikov
VAR: Vasimir El-Hatib
AVAR: Volen Çinkov
(Hakimlər briqadası Bolqarıstandandır)