Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq. Komanda Zaqrebdə Xorvatiyanın “Dinamo” kollektivi ilə qarşılaşacaq.
“Maksimir” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İsveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
20 avqust
“Dinamo” - “Qarabağ”
Maksimir stadionu. Saat 23:00
Baş hakim: Glenn Nyberg
Baş hakimin köməkçiləri: Mahbod Beigi, Andreas Söderkvist
Dördüncü hakim: Adam Ladebäck
(Hakimlər briqadası İsveçdəndir)
VAR hakimləri: Bastian Dankert, Johann Pfeifer (hər ikisi Almaniya)