az en
News / “D” kateqoriyalı məşqçi kurslarına start verilib (fotolar)

“D” kateqoriyalı məşqçi kurslarına start verilib (fotolar)

AFFA, Məşqçi kursları Dərc olundu: 28.11.2024 Çap
AFFA-nın təşkilatçılığı, “Xudat City” futbol akademiyasının dəstəyi ilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
“D” kateqoriyalı məşqçi kurslarına start verilib (fotolar)
Xaçmaz rayonu Xudat şəhərində təşkil edilən kursa 25 nəfər cəlb olunub. AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumatlar verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.
 
Baş Sponsor