az en
News / “Dirçəliş” ölkə birinciliyinin qalibi olub (fotolar)

“Dirçəliş” ölkə birinciliyinin qalibi olub (fotolar)

Həvəskar Dərc olundu: 03.07.2023 Çap
İyulun 2-də ASCO Arena-da həvəskar komandalar arasında 24-cu ölkə birinciliyinin 3-cü yer və final oyunları keçirilib. Əvvəlcə bürünc medalçının adına aydınlıq gətirilib. Gənclər Futbol Məktəbi ilə Masallının “Ərkivan” komandası arasında keçirilən görüşdə əyalət təmsilçisi 4:3 hesabı ilə qalib gəlib. Həlledici matçda isə “Dirçəliş” “Lokomotiv”dən üstün olub- 4:2.
“Dirçəliş” ölkə birinciliyinin qalibi olub (fotolar)
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Üçüncü pillənin sahibi “Ərkivan” komandasına bürünc medallar və diplomlar, ikinci yerin sahibi “Lokomotiv” komandasına gümüş medallar və diplomlar təqdim olunub. Qalib komandaya qızıl medallar, diplomlar və kubok verilib.
Mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Rüstəm Rəhimov, baş katib Füzuli Nəcəfov və futbol mütəxəssisi Ramil Əliyev təqdim ediblər.
Baş Sponsor 
Partnyorlar