az en
News / Elçin Məmmədov Gürcüstanda səfərdə olub

Elçin Məmmədov Gürcüstanda səfərdə olub

UEFA Dərc olundu: 10.08.2026 Çap
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.
Elçin Məmmədov Gürcüstanda səfərdə olub
UEFA tərəfindən ezam olunan Elçin Məmmədov səfər çərçivəsində ötən mövsüm Gürcüstan çempionu olan “İberia” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib. Əsas məqsəd arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsi ilə tanışlıq olub.
Səfər zamanı “İberiya” klubunun nümayəndələri ilə görüş də keçirilib. Görüşdə ötən mövsümlə müqayisədə yeni mövsümdə qaydalarda tətbiq olunacaq dəyişikliklər müzakirə edilib.
Baş Sponsor