FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. E.Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Srvena Zvezda” (Serbiya) - “Larne” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Niderlandlı Kley Ruperti VAR, digər referimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş iyulun 29-da Belqrad şəhərində yerləşən “Rayko Mitiç” stadionunda keçiriləcək.