az en
News / Elçin Məsiyev “Genk” - “Betis” matçında

Elçin Məsiyev “Genk” - “Betis” matçında

Hakimlər Dərc olundu: 21.10.2025 Çap
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Elçin Məsiyev “Genk” - “Betis” matçında
E.Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Baş Sponsor