az en
News / Emin Mahmudov millidə son oyununu keçirəcək

Emin Mahmudov millidə son oyununu keçirəcək

A Milli Dərc olundu: 06.11.2026 Çap
Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib.
Emin Mahmudov millidə son oyununu keçirəcək
Təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub. Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoldaşlıq görüşü Emin Mahmudov üçün milli komandada sonuncu matç olacaq.
2016-cı ildən etibarən milli komandanın şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi oyunlarda 16 qola imza atıb. Emin Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.
 
Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Baş Sponsor