Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Razqradda Bolqarıstanın “Ludoqorets” kollektivinin qonağı olub.
Bakıdakı ilk görüşdə 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu bunun revanşını “Ludoqorets Arena”da alıb. Rəqibi üzərində 7:2 hesablı qələbə qazanan “Qarabağ” pley-off mərhələsinə yüksəlib. Təmsilçimizin heyətində qolları 7-ci dəqiqədə Juninyo Olavio, 45+1 (penaltidən) və 118-ci dəqiqələrdə Yassin Benzia, 45+5 və 112-ci dəqiqələrdə Patrik Andrade, 93-cü dəqiqədə Toral Bayramov, 111-ci dəqiqədə isə Redon Cica vurublar.
“Qarabağ” pley-off mərhələsində Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 20-də və ya 21-də Zaqrebdə, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.