az en
News / Futbol akademiyalarında maarifləndirici təlimlər davam edir

Futbol akademiyalarında maarifləndirici təlimlər davam edir

AFFA Dərc olundu: 03.09.2026 Çap
AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində Avropa Futbol Akademiyası (EFA), “Araz-Naxçıvan”, “Neftçi” və “Şamaxı” futbol akademiyalarında görüşlər təşkil olunub.
 
Futbol akademiyalarında maarifləndirici təlimlər davam edir
Təlimlərdə AFFA-nın akademiyalara nəzarət və keyfiyyət standartları üzrə supervayzeri Sakit Rzayev, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov və “Eyeball” platforması üzrə layihə meneceri Ziya Əskərov iştirak ediblər.
Görüşlər zamanı 5 ulduz sertifikatlaşdırma modeli, oyun modeli, oyunçu inkişaf yolu, yaş qrupları üzrə inkişaf və keçid, məşq prosesinin planlaşdırılması, oyunçuların fərdi xüsusiyyətlərinin müəyyənləşdirilməsi və fiziki performansın qiymətləndirilməsi mövzularında məlumat və fikir mübadiləsi aparılıb.
Həmçinin “Eyeball” platformasının futbolçu inkişafının planlaşdırılması, monitorinqi və rəqəmsal şəkildə izlənilməsində yaratdığı imkanlar barədə məlumat verilib.
Maarifləndirici təlim proqramı ölkənin digər futbol akademiyaları və futbol məktəblərində də davam etdiriləcək.
 
Baş Sponsor