az en
News / Gianni İnfantino: “AFFA hər zaman FIFA-nın dəstəyinə əmin ola bilər”

Gianni İnfantino: “AFFA hər zaman FIFA-nın dəstəyinə əmin ola bilər”

FİFA Dərc olundu: 21.06.2021 Çap
Avro-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə oyununu izləyən FIFA-nın prezidenti Gianni İnfantino ölkəmizə növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşüb:
 
Gianni İnfantino: “AFFA hər zaman FIFA-nın dəstəyinə əmin ola bilər”
“Yenidən Bakıya gəldiyim və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı dostlarımı gördüyüm üçün çox şadam. Uzun illərdir tanıdığım AFFA-nın prezidenti Rövnəq Abdullayevlə və onun rəhbərlik etdiyi komandanın üzvləri ilə ünsiyyətdə olmaqdan hər zaman məmnunluq hissi keçirirəm. Bir neçə maraqlı mövzu ətrafında səmərəli müzakirələrimiz oldu. AFFA hər zaman FIFA-nın dəstəyinə əmin ola bilər, FIFA isə AFFA-nın gələcəkdə də Azərbaycanda və regionda futbolun inkişafına böyük töhfələr verəcəyinə inanır. Ümid edirəm ki, Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq. Yaxın gələcəkdə Bakıya yenidən dönəcəyim günü səbirsizliklə gözləyəcəyəm”.
 
Baş Sponsor 
Partnyorlar