az en
News / Gənclər Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

Gənclər Liqasının qalibləri mükafatlandırıldı (fotolar)

Gənclər liqası Dərc olundu: 23.05.2026 Çap
AFFA Gənclər Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.
Gənclər Liqasının qalibləri mükafatlandırıldı (fotolar)
Sərhədçi İdman Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub. A qrupunun 10-cu turunun son qarşılaşmalarında “Qarabağ” “Neftçi”ni 2:1, “Sabah” isə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Beləliklə, “Qarabağ” 25 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Neftçi” isə 19 xalla üçüncü pillədə başa vurub.
Matçların ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Neftçi” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Qarabağ”a isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 32 qol yazdıran “Sabah”ın futbolçusu Anar Hüseynov ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın üzvü Əli Qazibəyov seçilib.
Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Azərbaycan millisinin direktoru İlqar Qurbanov təqdim ediblər.
 
Baş Sponsor