az en
News / “Komandadan razı qaldıq”

“Komandadan razı qaldıq”

Məşqçilər Dərc olundu: 18.04.2026 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Rövşən Qasımov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçirilən oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Komandadan razı qaldıq”
“Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar. Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi çox vacib matçlar gözləyir. İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik”.
 
Baş Sponsor