az en
News / Əliyar Ağayevə UEFA-dan təyinat

Əliyar Ağayevə UEFA-dan təyinat

UEFA Dərc olundu: 26.08.2026 Çap
FIFA hakimi Əliyar Ağayev növbəti təyinat alıb. O, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rakuv” (Polşa) – “Hayduk Split” (Xorvatiya) qarşılaşmasının baş hakimi olacaq.
Əliyar Ağayevə UEFA-dan təyinat
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Piter Benks VAR, digər referimiz İnqilab Məmmədov isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 27-si Çenstoxova şəhərində yerləşən “Rakuv” stadionunda keçiriləcək.
 
Baş Sponsor