az en
News / "Müasir futbolda qapıçıların fiziki hazırlığı" mövzusunda vebinar keçirilib

"Müasir futbolda qapıçıların fiziki hazırlığı" mövzusunda vebinar keçirilib

AFFA Dərc olundu: 29.11.2026 Çap
AFFA tərəfindən "Catapult Sports"un dəstəyi ilə “Müasir futbolda qapıçıların fiziki hazırlığı” mövzusunda vebinar təşkil olunub.
Tədbirdə 60-dan çox qapıçı məşqçisi, fiziki hazırlıq mütəxəssisi, futbol akademiyalarının və milli komandaların nümayəndələri iştirak ediblər. Açılışda AFFA-nın texniki direktoru Edmond Klaus və fiziki hazırlıq üzrə eksperti Turcay Əhmədov müasir futbolda qapıçıların fiziki hazırlığının elmi və məlumat əsaslı yanaşmalar əsasında qurulmasının əhəmiyyətini vurğulayıblar.
"Müasir futbolda qapıçıların fiziki hazırlığı" mövzusunda vebinar keçirilib
Vebinarın əsas qonaq spikeri, Almaniyanın “Ayntraxt Frankfurt” klubunun qapıçı məşqçisi Yan Tsimmermann klubdakı təcrübəsini bölüşərək fəliyyət monitorinqi, fərdi yüklənmənin idarə olunması, həftəlik məşq prosesinin planlaşdırılması və fiziki keyfiyyətlərin inkişafı barədə danışıb.
"Catapult Sports"un nümayəndəsi Mersaid Jaksıbayev isə Vektor G7 texnologiyası vasitəsilə qapıçıların fiziki yüklənməsinin, atılma, tullanma və partlayıcı hərəkətlərinin monitorinqi imkanlarını nümayiş etdirib.
Sonda Yan Zimmermann müasir futbolda qapıçıların fiziki hazırlığı və fəaliyyət monitorinqi ilə bağlı iştirakçıların suallarını cavablandırıb.
Baş Sponsor