Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Yeni il ərəfəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzini ziyarət ediblər.
Görüşdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov, uşaq sığınacağının təsisçisi Kamalə Ağazadə və milli komandanın futbolçuları iştirak ediblər.
Tədbirin əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, eyni zamanda qadın futbolçuların sosial və xeyriyyə layihələrində fəal iştirakını nümayiş etdirmək olub.