az en
News / Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

A Milli Dərc olundu: 05.05.2026 Çap
Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
Millimiz Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək. Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.
Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.
Baş Sponsor