Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində bu gün ikinci oyununa çıxacaq.
Millimiz Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq. Özbəkistandan olan hakimlər briqadasının idarə edəcəyi matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
30 mart
19:00. Azərbaycan – Syerra Leone
Baş hakim: Asker Najafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuja Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev
(Hakimlər briqadası Özbəkistandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu