Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb. Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunan görüş Siyasət Əsgərovun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 15 və 50-ci (penaltidən) dəqiqələrdə kapitan Sevinc Cəfərzadə, 90+5-ci dəqiqədə isə Esra Manya vurub.
Qrupun digər oyununda Macarıstan səfərdə Şimali Makedoniyanı 5:0 hesabı ilə üstələyib.
Bu nəticələrdən sonra Macarıstan 7 xalla birinci, Azərbaycan 6 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.
Qeyd edək ki, aprelin 18-də Azərbaycan və Andorra milliləri “Bank Respublika Arena”da qarşılaşacaqlar.