az en
News / Millimiz Avropa oyunlarına vəsiqə qazanıb

Millimiz Avropa oyunlarına vəsiqə qazanıb

Çimərlik futbolu Dərc olundu: 10.09.2022 Çap
Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib. 
Millimiz Avropa oyunlarına vəsiqə qazanıb
İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Polşa yığması ilə qarşılaşan komandamız 6:2 hesablı qələbə qazanıb. Millimizin heyətində Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib. Komandamız sabah 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq. Qeyd edək ki, sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək Avropa oyunlarına vəsiqə qazanıb.
 
Baş Sponsor