az en
News / Millimiz (Çimərlik) İngiltərə yığmasını məğlub edib

Millimiz (Çimərlik) İngiltərə yığmasını məğlub edib

Çimərlik futbolu Dərc olundu: 04.10.2024 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Millimiz (Çimərlik) İngiltərə yığmasını məğlub edib
Millimiz İspaniyanın Kadiz şəhərində İngiltərə yığması ilə qarşılaşıb. Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.
Qeyd edək ki, A qrupunda yer alan komandamız oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə üz-üzə gələcək.
Baş Sponsor