az en
News / Millimiz turnirdə ilk oyununu keçirib

Millimiz turnirdə ilk oyununu keçirib

U-19 (futzal) Dərc olundu: 26.11.2023 Çap
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib. 
Millimiz turnirdə ilk oyununu keçirib
Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub. U-19-un yeganə qolunu Mirzə Əmirov vurub. Millimiz turnirdə növbəti oyununu noyabrın 28-də Mərakeş yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq matç saat 17:00-da start başlayacaq.
Baş Sponsor 
Partnyorlar