az en
News / Millimiz Ukrayna yığması ilə qarşılaşacaq

Millimiz Ukrayna yığması ilə qarşılaşacaq

Çimərlik futbolu Dərc olundu: 07.09.2022 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda Ukrayna yığması ilə qarşılaşacaq. İtaliyanın Kalyari şəhərində keçiriləcək qarşılaşma sentyabrın 8-də, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. İkinci seçmə mərhələnin son oyunundan sonra millimiz Superfinalda mübarizəyə başlayacaq. Sentyabrın 9-da keçiriləcək püşkatma ilə Superfinaldakı rəqiblərimiz məlum olacaq.
Millimiz Ukrayna yığması ilə qarşılaşacaq
Baş Sponsor 
Partnyorlar