az en
News / Millimiz yoldaşlıq turnirində çıxış edəcək

Millimiz yoldaşlıq turnirində çıxış edəcək

U-19 Dərc olundu: 20.05.2024 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.
Millimiz yoldaşlıq turnirində çıxış edəcək
Millimizin rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.
Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. 
 
Millimizin oyunlarının təqvimi:
 
4 iyun
20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)
 
7 iyun
18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)
 
10 iyun
20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Baş Sponsor 
Partnyorlar