17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək. Millimiz Bakı vaxtı ilə saat 16:00-da Bosniya və Herseqovinada keçirəcək oyunda Monteneqro komandası ilə qarşılaşacaq. Oyunu Moldovadan olan hakim idarə edəcək:
Monteneqro – Azərbaycan
28 mart. Saat 16:00. Etno Selo Stanişiçi stadionu (Biyelina)
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Ciobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)