Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub. Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N. Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.