az en
News / Minifutbol turnirinin püşkü atılıb (fotolar)

Minifutbol turnirinin püşkü atılıb (fotolar)

Kütləvilik, Məktəblərdə futbol dərsi Dərc olundu: 07.05.2025 Çap
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turnirinin püşkatma mərasimi keçirilib.
Minifutbol turnirinin püşkü atılıb (fotolar)
Əvvəlcə AFFA-nın inzibati binasında layihədə çalışan məşqçi-müəllimlərlə görüş keçirilib. Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov tərəfindən iştirakçılara turnirin 2024-2025-ci illər mövsümü üzrə təyin olunan formatı, yeni qaydaların tətbiqi və digər məsələlərlə bağlı məlumatlar verilib. Yekunda elektron püşkatma yolu ilə qarşılaşmalar müəyyənləşib.
Qeyd edək ki, 36 komandanın iştirak etdiyi turnirə mayın 21-də start veriləcək.
 
Baş Sponsor