Azərbaycan Premyer Liqasının 2021/2022-ci illər mövsümünə yekun vurulub. Bu gün keçirilmiş sonuncu – 28-ci turun “Qarabağ” – “Neftçi” oyunundan sonra 2021/2022-ci illər mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.