az en
News / Mükafatlar təqdim olunub (fotoreportaj)

Mükafatlar təqdim olunub (fotoreportaj)

Premyer Liqa Dərc olundu: 28.05.2023 Çap
Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub. 
Mükafatlar təqdim olunub (fotoreportaj)
Bu gün “Azersun Arena”da keçirilmiş sonuncu – XXXVI turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra 2022/2023-cü illər mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Öncə Azərbaycan çempionatına sponsorluq etdiyinə görə “Misli” ASC-nin baş direktoru Osman Karakuşa Peşəkar Futbol Liqası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Həmçinin 22 qolla Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünün ən məhsuldar oyunusu olan “Qarabağ” klubunun üzvü Ramil Şeydayev xüsusi mükafata layiq görülüb.
Mövsümü mükafatçılar sırasında başa vurmuş “Neftçi”, “Sabah” və “Qarabağ” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak ediblər. Mərasimin sonunda “Qarabağ” komandasına çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar