Oktyabrın 4-də, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
Bütün media nümayəndələri dəvətlidir.