AFFA tərəfindən təşkil olunan “Coca-Cola məktəbli kuboku”nun Naxçıvan Muxtar Respublika üzrə final oyunu keçirilib. Final qarşılaşmasında Naxçıvan şəhəri 15 №-li tam orta məktəbin komandası ilə Şərur rayonu Aşağı Daşarx kənd orta məktəbinin kollektivi qarşılaşıb. Rəqibini 5:4 hesabı ilə məğlub edən Şərur rayonu Aşağı Daşarx kənd orta məktəbinin komandası Naxçıvan MR üzrə “Coca-Cola məktəbli kuboku”nun qalibi olub və turnirin növbəti pley-off mərhələsinə vəsiqə qazanıb.