14 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVI turunun “Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
14 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur(maddə 62).
13 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVI turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində “Bakı” klubunun 47 №-li futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Oyunun 84-cü dəqiqəsində “Bakı” klubunun 15 №-li futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
13 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVI turunun “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
13 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Göyəzən” – “Bakılı” matçının 83-cü dəqiqəsində “Göyəzən” klubunun 4 №-li futbolçusu Sənan Yusifov və “Bakılı” klubunun 21 №-li futbolçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanır, klublar 400 manat cərimə olunur (maddə 38.3)
13 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 82-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 44 №-li futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyun bitdikdən sonra “Turan Tovuz” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
10 dekabr 2014-cü il U-19 Liqasının “Sumqayıt” – “Simurq” matçının 34-cü dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Xəyal Nəcəfov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 dekabr 2014-cü il U-19 Liqasının AZAL – “Neftçi” matçının 33-cü dəqiqəsində AZAL klubunun 25 №-li futbolçusu Mirağa Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 dekabr 2014-cü il U-19 Liqasının “Xəzər Lənkəran” – “Əlincə” matçının 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 89 №-li futbolçusu Cəlal Hüseynzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 16 №-li futbolçusu Məmməd Neymətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
10 dekabr 2014-cü il U-19 Liqasının “İnter” – “Qarabağ” matçının 57-ci dəqiqəsində “İnter” klubunun 15 №-li futbolçusu Nəriman Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 dekabr 2014-cü il U-17 Azərbaycan kubokunun “Bakı” – “Simurq” matçının 82-ci dəqiqəsində “Simurq” klubunun 9 №-li futbolçusu Ayaz Hazmanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 dekabr 2014-cü il U-16 Liqasının AZAL – “Rəvan” matçının 79-cu dəqiqəsində “Rəvan” klubunun 16 №-li futbolçusu Yunis Yunisli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
13 dekabr 2014-cü il U-14 Liqasının “Qəbələ” – “Sumqayıt” matçının 33-cü dəqiqəsində “Qəbələ” klubunun 8 №-li futbolçusu Elşad Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
13 dekabr 2014-cü il U-14 Liqasının Astara (Astara) – Boradigah (Masallı) matçında Boradigah klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
14 dekabr 2014-cü il U-14 Liqasının UGİM (Oğuz) – UGİM (Balakən) matçında UGİM (Balakən) klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
14 dekabr 2014-cü il U-14 Liqasının “Xudat” (Xaçmaz) – “Çıraqqala” (Şabran) matçında “Xudat” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
14 dekabr 2014-cü il U-14 Liqasının “Sabirabad” (Sabirabad) – “Füzuli” (Füzuli) matçının 14-cü dəqiqəsində “Sabirabad” klubunun 2 №-li futbolçusu Elvin Kərimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
14 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının “Vətən” RİOEUG – AZAL matçının 31-ci dəqiqəsində AZAL klubunun 9 №-li futbolçusu Əli Əliyev təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.3).
6 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının “Muğan” (Salyan) – “Neftçi İK İB” (Neftçala) matçında “Neftçi İK İB” klubunun heyətində qeydiyatda olmayan futbolçu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
14 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının “Simurq” (Zaqatala) – “Daşqın” (Zaqatala) matçının 42-ci dəqiqəsində “Simurq” klubunun 18 №-li futbolçusu Nemət Şıxamirov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 dekabr 2014-cü il Atena U-12 Liqasının “Sərhədçi” (Bakı) – Vətən RİOEUG (Bakı) matçında “Sərhədçi” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
13 dekabr 2014-cü il Atena U-12 Liqasının “Olimpik” (Qusar) – UGİM (Siyəzən) matçında “Olimpik” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
14 dekabr 2014-cü il Atena U-10 Liqasının “Zirvə” (Lənkəran) – “Xəzər 92” (Lənkəran) matçında “Zirvə” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
14 dekabr 2014-cü il U-10 Liqasının “Qarabağ” – “Əlincə” matçının 8-ci dəqiqəsində “Əlincə” klubunun baş məşqçisi Elçin Əliyev meydana daxil olaraq hakimə fiziki təsir göstərdiyinə, daha sonra AFFA və Hakimlər Komitəsini təhqir etdiyinə görə futbol bağlı fəaliyyətinə 1 il qadağa qoyulur. (maddə 38.8).
12 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan çempionatı “Araz” – “Fənər” FK matçının 14-cü dəqiqəsində “Fənər” FK klubunun 6 №-li futbolçusu Yevgeni Valenko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2). Oyunun 40-cı dəqiqəsində “Araz” klubunun 14 №-li futbolçusu Rəcəb Fərəczadə və “Fənər” FK klubunun 11 №-li futbolçusu Dimitri Komenko aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanır (maddə 38.3).
13 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Qədimqala” – “Təmiz Binəqədi” matçının 11-ci dəqiqəsində “Təmiz Binəqədi” klubunun 1 №-li futbolçusu Oleq Qarabəyov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1). Oyunun 30-cu dəqiqəsində “Qədimqala” klubunun 3 №-li futbolçusu Təbriz Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 dekabr 2014-cü il futzal üzrə Azərbaycan çempionatı EKOL – “Khazar İslands” matçının 33-cü dəqiqəsində EKOL klubunun 7 №-li futbolçusu Zeynal Zeynalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
14 dekabr 2014-cü il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Şahdağ” – “Ulduz” matçının 48-ci dəqiqəsində “Ulduz” klubunun 10 №-li futbolçusu İntiqam Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
14 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Xudafərin” – “Batmen-Montin” matçının 10-cu dəqiqəsində “Xudafərin” klubunun 1 №-li futbolçusu Mehman Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 43-cü dəqiqəsində “Xudafərin” klubunun 3 №-li futbolçusu Nemət Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin U-17 “Nizami İH” – “Baku Fire-4” matçının 34-cü dəqiqəsində “Nizami İH” klubunun 8 №-li futbolçusu Tural Sarıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
11 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin U-17 “Atəşgah” – “10 UGİM” matçının 35-ci dəqiqəsində “Atəşgah” klubunun 11 №-li futbolçusu Şamil Şaxsuvarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
12 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Zirvə” – “Məkan” matçının 35-ci dəqiqəsində “Zirvə” klubunun 1 №-li futbolçusu Ziyad Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 42-ci dəqiqəsində “Məkan” klubunun 12 №-li futbolçusu Kamran Mehdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
13 dekabr 2014-cü il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Metropoliten” – “Yang Boys” matçının 25-ci dəqiqəsində “Yang Boys” klubunun 11 №-li futbolçusu Turan Eminbəyli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
13 dekabr 2014-cü il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Nürgün” – “Sədərək” matçının 10-cu dəqiqəsində “Sədərək” klubunun 7 №-li futbolçusu Elxan Abbasov hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).