az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.12.2017 Çap
“İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin.
Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.
 
İntizam Komitəsinin qərarları
1 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Qəbələ” – “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə” klubunun məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 62).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Mil-Muğan” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 7 №-li futbolçusu Bayram Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
4 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Zaqatala” – “Sabah” matçının 40-cı dəqiqəsində “Sabah” klubunun 10 №-li futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 88-ci dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra "Zaqatala" klubunun 9 №-li futbolçusu Osman Qurbanov hakimlər briqadasın təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
29 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/8 mərhələsinin “Şüvəlan” – “Səbail” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
29 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qəbələ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).           Oyunun 83-cü dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
29 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/8 mərhələsinin MOİK – “Keşlə” matçında MOİK klubunun xərəkdaşıyan usaqlarla təmin etməməsinə görə klub  klub 80 manat cərimə olunur (maddə 67).
4 dekabr 2017-ci il, Bakcell U-17, “Neftçi” – “Zirə” matçının 89-cu dəqiqəsində “Zirə” klubunun 8 №-li futbolçusu Ümid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun bitdikdən sonra “Zirə” klubunun 4 №-li futbolçusu Pərviz Məmmədov və “Neftçi” klubunun 23 №-li futbolçusu Sadik Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 dekabr 2017-ci il, Bakcell U-17, “Xəzər Lənkəran” – “Qarabağ” matçının 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Rasim Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun bitdikdən sonra “Xəzər Lənkəran” klubunun icraçı direktoru Hüseyn Cəbrayıloğlu hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
30 noyabr 2017-ci il, U-16 “Turan Tovuz” – “Neftçi” İK İB matçının 10-cu dəqiqəsində “Neftçi” İK İB klubunun 1 №-li futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 dekabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Zaqatala” – “Zirə”  matçının 54-cü dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Denis Əsadullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). “Zaqatala” klubun heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
3 dekabr 2017-ci il, U-13 Liqasında, UGİM (Göygöl) – Gəncə TİM (Gəncə) matçının 6-cı dəqiqəsində Gəncə TİM klubunun 9 №-li futbolçusu Amil Cabbarov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
3 dekabr 2017-ci il, U-12 Liqasında, “Vətən” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 42-ci dəqiqəsində “Vətən” klubunun 18 №-li futbolçusu Kənan Allahverdiyev, “Neftçi” klubunun 1 №-li futbolçusu Səfər Sadıqzadə və 7 №-li futbolçusu Fərid Şahhüseynli dava-dalaşda iştirak etdiklərinə görə hər üç futbolçu 3 oyun cəzalanır (maddə 39).
25 noyabr 2017-ci il, U-12 Liqasında, “Xudat” (Xudat) – ŞKGB matçında ŞKGB komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 noyabr 2017-ci il, U-11 Liqasında, “Sumqayıt” (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında “Həkəri”  komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 dekabr 2017-ci il U-10 Liqasında, UGİM-1 (Sumqayıt) – UGİM 14 Binəqədi (Bakı) matçında UGİM 14 Binəqədi komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 noyabr 2017-ci il U-16 qızlar Liqasında, “Mingəçevir-UGİM” (Xaçmaz) matçında hər iki komandanın yaş limitini pozmasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
30 noyabr 2017-ci il, Yüksək Liqada, “Veqa” – “Gənclik” (Şəki) matçının 77-ci dəqiqəsində “Veqa” klubunun 51 №-li futbolçusu Rəvanə Əliyeva və “Gənclik” klubunun 11 №-li futbolçusu Vüsalə Seyfəddinova aqressiv davranışa görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.3).
2 dekarb 2017-ci il, U-13 qızlar Liqasında, “Autizmlilərin” İK– “Xırdalan” City matçında “Autizmlilərin” İK komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
Baş Sponsor 
Partnyorlar