az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 26.11.2021 Çap
19.11.2021-ci il tarixində Premyer Liqanın XI turunun “Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur. (maddə 49.2)
 
İntizam Komitəsinin qərarları
20.11.2021-ci il tarixində Premyer Liqanın XI turunun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur. (maddə 51.1)
 
20.11.2021-ci il tarixində Premyer Liqanın XI turunun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 800 manat cərimə olunur. (maddə 69.5)
 
20.11.2021-ci il tarixində Premyer Liqanın XI turunun “Neftçi” – “Sabah” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur. (maddə 49.2)
 
20.11.2021-ci il tarixində Premyer Liqanın XI turunun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilsin.
 
21.11.2021-ci il tarixində Premyer Liqanın XI turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov oyunun 83-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47.1)
 
20.11.2021-ci il tarixində Region Liqasının “İmişli” – “İsmayıllı” oyununda “İmişli” komandasının 6 nömrəli futbolçusu Nicat Fərəcli oyunun 75-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
20.11.2021-ci il tarixində Region Liqasının “İmişli” – “İsmayıllı” oyununda “İsmayıllı” komandasının diskvalifikasiya olunmuş 11 nömrəli futbolçusu Azad Salbuzov start heyətində matçda iştirak etdiyi üçün komanda 0:3 hesablı məğlubiyyət verilir. (maddə 50.1)
 
21.11.2021-ci il tarixində Region Liqasının “Davam” – “İrəvan” oyununda “Davam” komandasının 13 nömrəli futbolçusu Murad Məmmədxanov oyunun 32-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
21.11.2021-ci il tarixində Region Liqasının “Mübariz” – İCBFA oyununda matçın 87-ci dəqiqəsində İCBFA komandasının 11 nömrəli futbolçusu Əziz Müzəffərli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 36.1)
 
21.11.2021-ci il tarixində Region Liqasının “Sədərək” – “Arpaçay” (Şərur) oyununda “Sədərək” komandasının 10 nömrəli futbolçusu Vəli İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
20.11.2021-ci il tarixində U-17 Liqasının “Sabah” – “Keşlə” oyununda “Keşlə” komandasının 19 nömrəli futbolçusu Ravil İbadullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
21.11.2021-ci il tarixində U-17 Liqasının İCBFA – “Neftçi” PFK oyununda matçın 50-ci dəqiqəsində “Neftçi” PFK komandasının 99 nömrəli futbolçusu Uğur Hüseynov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 37.3)
 
20.11.2021-ci il tarixində U-14 Liqasının “White City” – “Səbail” oyununda matçın 9-cu dəqiqəsində “White City” komandasının 11 nömrəli futbolçusu Yusif İsgəndərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 41.3)
 
21.11.2021-ci il tarixində U-14 Liqasının UGİM (Astara) – “Azad” FK oyununda matçın 30-cu dəqiqəsində “Azad” FK komandasının baş məşqçisi Rüstəm Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 41.4)
 
21.11.2021-ci il tarixində U-14 Liqasının UGİM “Ulduz” (Mingəçevir) – Marxal (Şəki) oyununda Marxal (Şəki) komandası adı protokolda qeyd olunmayan oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. (maddə 50.6)
 
21.11.2021-ci il tarixində U-14 Liqasının “Neftçi” İK İB – “Atletico Baku” oyununda “Atletico Baku” komandasının icraçı direktoru Xalid Hacıyev “Atletico Baku” komandasının  futbolçularının valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etdiyi üçün 6 aylıq yarışlardan kənarlaşdırılır. (maddə 72.1)
 
21.11.2021-ci il tarixində U-14 Liqasının “Neftçi” İK İB – “Atletico Baku” oyununda matç bitdikdən sonra “Atletico Baku” komandasının məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir etdiyi üçün hər iki məşqçi 3 oyun cəzalanır. (maddə 41.4)
 
21.11.2021-ci il tarixində Coca-Cola U-13 Liqasının “Təhsil” (Lənkəran) – “Qala 95” (Masallı) oyununda “Təhsil” (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. (maddə 55.1)
 
U-13 Liqasının “Təhsil” (Lənkəran) komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunur. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilir.
 
07.11.2021-ci il tarixində Coca-Cola U-13 Liqasının “Xırdalan” FK – “Sahil” FA oyununda “Sahil” FA komandası oyunçularının lisenziyalarını təqdim etmədiyi üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı məğlubiyyət verilir.
 
20.11.2021-ci il tarixində U-12 Liqasının “Metak” – UGİM (Şabran) oyununda matçın 12-ci dəqiqəsində “Metak” komandasının baş məşqçisi Mehman Səfərov meydana daxil olaraq oyunun vaxtını ləngitməsinə və hakimi, AFFA rəsmilərini təhqir etməsinə görə 8 oyun cəzalanır.
 
14.11.2021-ci il tarixində U-10 Liqasının “Ərkivan” (Masallı) – “Təhsil” (Lənkəran) oyununda “Təhsil” (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. (maddə 55.1)
 
21.11.2021-ci il tarixində U-10 Liqasının “Təhsil” (Lənkəran) – “Xəzər 92” oyununda “Təhsil” (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. (maddə 55.1)
 
U-10 Liqasının “Təhsil” (Lənkəran) komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunur. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilir.
 
21.11.2021-ci il tarixində U-10 Liqasının “Sumqayıt” FK – “Sumqayıtspor” FK oyununda “Sumqayıtspor” FK komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. (maddə 55.1)
 
19.11.2021-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Baku Fire” – “Alyans” FK oyununda “Alyans” FK komandasının 4 nömrəli futzalçısı Sajjad Amirteimour Bakhshayesh qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
19.11.2021-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Xilə” FK – “U 19” oyununda “Xilə” FK komandasının 17 nömrəli futzalçısı Tural Lətifov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
18.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Paso” oyununda “Paso” komandasının 1 nömrəli futzalçısı  Dərya Hümbətov oyunun 1-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
18.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Paso” oyununda matçın 23-cü dəqiqəsində “Metropoliten” komandasının 10 nömrəli futzalçısı Teymur Nəsibov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 41.1)
 
18.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Paso” oyununda “Metropoliten” komandasının 22 nömrəli futzalçısı Sənani Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
18.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Paso” oyununda “Metropoliten” komandasının 7 nömrəli futzalçısı Rüfət Cəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
18.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın ADBTİA – “Yasamal” İSK oyununda matçın 8-ci dəqiqəsində ADBTİA komandasının 11 nömrəli futzalçısı Orxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 41.1)
 
18.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın ADBTİA – “Yasamal” İSK oyununda matçın 8-ci dəqiqəsində “Yasamal” İSK komandasının 7 nömrəli futzalçısı Mirəhməd Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 41.1)
 
19.11.2021-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Forza Neftçi” oyununda “Dəstə Ordubad” komandasının 8 nömrəli futzalçısı Samir Əzimzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
21.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Hövsan” – “Dalğa” oyununda “Dalğa” komandasının 10 nömrəli futzalçısı Yusif Zeynalzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
21.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran” komandasının 12 nömrəli futzalçısı Fərrux Əliyev oyunun 2-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
21.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Xan Lənkəran” oyununda “Borçalı” komandasının 1 nömrəli futzalçısı  Elmir Tanrıverdiyev oyunun 30-cu dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
21.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Baker Tilly” – “Timsport” oyununda matçın 26-cı dəqiqəsində “Timsport” komandasının 22 nömrəli futzalçısı Səbuhi Məmmədov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 41.1)
 
21.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Star Karqo 2” – “Advokat” oyununda matçın 19-cu dəqiqəsində “Star Karqo 2” komandasının 10 nömrəli futzalçısı Mahir Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)
 
21.11.2021-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Star Karqo 2” – “Advokat” oyununda “Advokat” komandasının 9 nömrəli futzalçısı Nurəli Əsədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
20.11.2021-ci il tarixində Yüksək Qızlar Liqasının “Keşlə” FK – “Xırdalan City” (Bakı) oyununda matçın 45-ci dəqiqəsində “Keşlə” FK komandasının 6 nömrəli futbolçusu Elvina Vəliyeva rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. (maddə 41.1)
 
20.11.2021-ci il tarixində Yüksək Qızlar Liqasının “Keşlə” FK – “Xırdalan City” (Bakı) oyununda “Keşlə” FK komandasının komandasının 10 nömrəli futbolçusu Umnisə Əliyeva qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
 
20.11.2021-ci il tarixində Yüksək Qızlar Liqasının “Nuxa” (Şəki) – “Gömrükçü” FK (Bakı) oyununda matçın 85-ci dəqiqəsində Nuxa komandasının baş məşqçisi Məmməd Dadaşov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır. (maddə 41.4)
 
24.11.2021-ci il tarixində I Divizionun IX turunun MOİK – “Qarabağ-2” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
24.11.2021-ci il tarixində I Divizionun IX turunun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
23.11.2021-ci il tarixində I Divizionun IX turunun “Sabah-2” – “Qəbələ-2” oyununda matçın 74-cü dəqiqəsində “Sabah-2” klubunun 21 nömrəli futbolçusu İldar Alekperov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur. (maddə 41.3)
 
23.11.2021-ci il tarixində I Divizionun IX turunun “Sabah-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
23.11.2021-ci il tarixində I Divizionun IX turunun “Turan Tovuz” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 90 nömrəli futbolçusu Nicat Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47.1)
 
23.11.2021-ci il tarixində I Divizionun IX turunun “Səbail-2” – “Kəpəz” oyununda “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
Baş Sponsor 
Partnyorlar