az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 28.03.2023 Çap
25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Şirvanovka” komandasının heyətində 8 nömrəli futbolçu İqrar Səmədov qarşılaşmanın 87-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.2)
 
25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Difai” komandasının heyətində 22 nömrəli futbolçu Fərid Bədəlov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3)
İntizam Komitəsinin qərarları
25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Difai” komandasının 44  nömrəli futbolçusu Anar Məmmədov qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3)
 
25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Difai” komandasının 19 nömrəli futbolçusu Bayram Paşazadə qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3)
 
26 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” FK - İCBFA oyununda İCBFA komandasının heyətində 6 nömrəli futbolçu Alireza Rahimi qarşılaşmanın 84-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Neftçi” PFK – “Sabah” FK oyununda “Sabah” komandasının heyətində 12 nömrəli futbolçu Emil Həbibov qarşılaşmanın 89-cu dəqiqəsində rəqibi təpiklə vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın. (maddə 37.2)
 
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qarabağ” FK – “Kəpəz” PFK oyununda “Qarabağ” komandasının heyətində 16 nömrəli futbolçu Cəfər Həsənov qarşılaşmanın 87-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qarabağ” FK – “Kəpəz” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 32 nömrəli futbolçu Elşən Mirzəyev qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Zirə” PFK – “Şamaxı” FK oyununda “Zirə” PFK komandasının heyətində 33 nömrəli futbolçu İslam Nəcəfli qarşılaşmanın 65-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
 
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Zirə” PFK – “Şamaxı” FK oyununda “Şamaxı” FK komandasının heyətində 17 nömrəli futbolçu Fərid Tağıyev qarşılaşmanın 65-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
 
18 mart 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK – “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının heyətində 4 nömrəli futbolçu Ziya Qurbanov qarşılaşmanın 67-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
25 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Neftçi” İK İB – “Şamaxı” FK oyununda  “Neftçi” İK İB komandasının heyətində 5 nömrəli futbolçu Murad Mikayılov qarşılaşmanın 49-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
18 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Şamaxı” – “Şimal Elit” oyununda “Şamaxı” komandasının heyətində 4 nömrəli futbolçu Akif Mustafayev qarşılaşmasının 32-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
 
18 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Şamaxı” – “Şimal Elit” oyununda “Şimal Elit” komandasının heyətində 11 nömrəli futbolçu Renat Sultanov qarşılaşmanın 32-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
 
18 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Ağ Şəhər” – “Neftçi” İK İB oyununda  “Ağ Şəhər” komandasının heyətində 5 nömrəli futbolçu Murad Piriyev qarşılaşmanın 33-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
18 mart 2023-cü il tarixində U-15 Liqasında keçirilməli olan “Atletiko Baku” – “Zaqatala”  qarşılaşması “Zaqatala” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matçın baş tutmamasına görə  “Zaqatala” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1)
 
18 mart 2023-cü il tarixində U-14 Liqasında keçirilən “Çinar” (Gəncə) – “Ulduz” (Mingəçevir) oyununda Ulduz (Mingəçevir) komandasının heyətində 1 nömrəli futbolçu Elcan Hacıyev qarşılaşmanın 74-cü dəqiqəsində aqressiv davranışa (rəqibi bilərəkdən vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 37.1)
 
18 mart 2023-cü il tarixində U-14 Liqasında keçirilən “Çinar” (Gəncə) – “Ulduz” (Mingəçevir) oyununda “Çinar” (Gəncə) komandasının heyətində 10 nömrəli futbolçu Amin Rzayev qarşılaşmanın 74-cü dəqiqəsində aqressiv davranışa (rəqibi bilərəkdən vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 37.1)
 
18 mart 2023-cü il tarixində U-12 Liqasında keçirilməli “Sumqayıt City” - UGİM-2 (Sumqayıt) qarşılaşması UGİM-2 (Sumqayıt) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matçın baş tutmamasına görə  UGİM-2 (Sumqayıt) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
UGİM-2 (Sumqayıt) komandası 2-ci dəfədir ki, oyuna gəlmir.
 
19 mart 2023-cü il tarixində U-12 Liqasında keçirilən “Qarabağ” FK – “Zirə” PFK oyununda “Qarabağ” FK komandasının heyətində 16 nömrəli futbolçu Bayram Məmmədli qarşılaşmanın 15-ci dəqiqəsində  rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
18 mart 2023-cü il tarixində U-10 Liqasında keçirilməli olan UGİM (Tovuz) – “Qazax Gəncləri”  qarşılaşması UGİM (Tovuz) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmamasına görə  UGİM (Tovuz) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1)
 
16.03.2023-ci il tarixində keçirilən “Alyans” – U-19 oyununda, U-19 komandasının oyunçusu Sunay Həsənov oyunun 35:41-ci dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
 
19.03.2023-cü il tarixində U-17 Qızlar Liqasının “Baku Sporting” FK – “Fidan” (Bakı)
Oyununda “Baku Sporting” komandasının 8 nömrəli oyunçusu Ella Əmirova oyunun 98-ci dəqiqəsində aqressiv davranışlarına görə birbaşa qırmızı vərəqə alaraq oyun meydanından kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
 
19.03.2023-cü il tarixində U-17 Qızlar Liqasının “Baku Sporting” FK – “Fidan” (Bakı)
oyununda “Fidan” komandasının 15 nömrəli oyunçusu Nərgiz Müzəffərli oyunun 98-ci dəqiqəsində aqressiv davranışlarına görə birbaşa qırmızı vərəqə alaraq oyun meydanından kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
 
Baş Sponsor 
Partnyorlar