az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 20.10.2026 Çap
16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı”– “Şəfa” oyununun 85-ci dəqiqəsində “Şamaxı” komandasının məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);
İntizam Komitəsinin qərarları
 
16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı”– “Şəfa” oyununda “Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
16.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Sumqayıt”– “Araz-Naxçıvan” oyununun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” komandasının 9 nömrəli futbolçusu Ağadadaş Salyanskiy ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
 
17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununda “Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
 
17.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “Qarabağ”– “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilsin (maddə 99, 94, 20);
 
18.10.2026-cı il tarixində Misli Premyer Liqasında VIII turun “İmişli”– “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
15.10.2026-cı il tarixində I Liqada V turun “Xankəndi”– “Şahdağ Qusar” oyununda “Xankəndi” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
15.10.2026-cı il tarixində I Liqada V turun “Mingəçevir”– “Şimal” oyununda “Şimal” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
16.10.2026-cı il tarixində I Liqada V turun “Karvan-Yevlax”– “Gəncəbasar” oyununda “Gəncəbasar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Gəncəbasar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
 
17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Turan Tovuz-2” – “Zirə-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı-2” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununun 86-cı dəqiqəsində “Şamaxı-2” komandasının 66 nömrəli futbolçusu Ceyhun Bağırzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
17.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununun 90+2-ci dəqiqəsində “Şamaxı-2” komandasının 96 nömrəli futbolçusu Nicat Qaragözlü təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün  3 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
 
18.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
19.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Qarabağ-2” – “Şəfa-2” oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Qarabağ-2” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
19.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Kəpəz-2” – “Sumqayıt-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kəpəz-2” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
19.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VI turun “Kəpəz-2” – “Sumqayıt-2” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 91 nömrəli futbolçusu Mirəli Hüseynov hakimin qərarına etiraza görə ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
17.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Lion PFK – Turan Tovuz FK oyununda Lion PFK komandasının heyətində çıxış edən 10 nömrəli futbolçu Həsən Hüseynov qarşılaşmanın 80-ci dəqiqəsində rəqib komandanın qapıçısını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 6 (altı) oyuna buraxılmasın, Lion PFK komandası 1200 manat cərimə edilsin (maddə 22.7, 52.4);
 
17.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Lion PFK – Turan Tovuz FK oyunu Lion PFK komandasının qarşılaşmanın 80-ci dəqiqəsində meydanı tərk etməsi səbəbindən yarımçıq dayandırıldığına görə Lion PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 77.1);
 
18.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş İmişli FK – Şəfa FK oyununda İmişli FK komandasının heyətində çıxış edən 71 nömrəli futbolçu Abbas Zeynalov qarşılaşmanın 41-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 51.2);
 
17.10.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Turan Tovuz FK – Zirə PFK oyununda Turan Tovuz FK komandasının heyətində çıxış edən 14 nömrəli futbolçu Turan Ramazanov qarşılaşmanın 81-ci dəqiqəsində həddindən artıq qol sevincinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
17.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Hindarx (Ağcabədi) – Ağdam FK oyununda Hindarx (Ağcabədi) komandasının heyətində çıxış edən 1 nömrəli futbolçu İsmayıl Sultanlı qarşılaşmanın 9-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);
 
17.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Səbail PFK – Sabah FK oyununda Səbail PFK komandasının heyətində çıxış edən 1 nömrəli futbolçu Amal Abbas qarşılaşmanın 5-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);
 
18.10.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Çinar (Gəncə) – Təbriz (Gəncə) oyununda Təbriz (Gəncə) komandasının heyətində çıxış edən 5 nömrəli futbolçu Emil Hüseynov qarşılaşmanın 52-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
18.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan Gülül (Ağstafa) – Qala (Şəmkir) oyunu Gülül (Ağstafa) komandasının heyətində adları oyun protokolunda olmayan oyunçular aşkar edilməsi səbəbindən baş tutmadığı üçün Gülül (Ağstafa) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 49);
 
18.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan Qazax Gənclər – Şəmkir FK oyunu Qazax Gənclər komandasının heyətində adları oyun protokolunda olmayan oyunçular aşkar edilməsi səbəbindən baş tutmadığı üçün Qazax Gənclər komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 49);
 
18.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Alanyaspor Baku – Step FK oyununda Alanyaspor Baku komandasının heyətində çıxış edən 10 nömrəli futbolçu Cəbrayıl Hüseynov qarşılaşmanın 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);
 
18.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan Eray (Zaqatala) – Alfa (Zaqatala) oyunu Eray (Zaqatala) komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Eray (Zaqatala) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
18.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Dəmir Yumruq – Ağsu-06 oyununda Dəmir Yumruq komandasının heyətində çıxış edən 8 nömrəli futbolçu Baloğlan Nuriyev qarşılaşmanın 58-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
18.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Dəmir Yumruq – Ağsu-06 oyununda Ağsu-06 komandasının heyətində çıxış edən 20 nömrəli futbolçu Raul Baxşıyev qarşılaşmanın 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);
 
17.10.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Sabirabad FK – İmişli FK oyunu Sabirabad FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Sabirabad FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
18.10.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan İnter UİK – Capital Baku FK oyunu hər iki komandanın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
18.10.2026-cı il tarixində AFFA U-9 Liqasında keçirilməsi nəzərdə tutulan Alfa (Zaqatala) – Aslan PFK oyunu Aslan PFK komandasının oyuna çıxmaqdan imtina etməsi səbəbindən baş tutmadığı üçün Aslan PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
18.10.2026-cı il tarixində AFFA U-14 Qızlar liqasında keçirilməsi nəzərdə tutulan Zərif FK (Gəncə)  - Zəfər FK (Bərdə) oyunu, Zəfər FK (Bərdə) komandasının oyuna vaxtında gəlmədiyi üçün baş tutmadığı üçün Zəfər FK (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);
 
17.10.2026-cı il tarixdə Liv Bona Dea Qızlar Super Liqasında keçirilən Liman FK – Sabah FK qarşılaşmasından sonra Liman FK komandasının oyunçusu Ayan Abdiyeva rəqib komandanın oyunçusunu sosial media şəbəkəsində etdiyi paylaşımla təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 52.4);
Baş Sponsor