Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımı təqdim edirik:
“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”.