az en
News / “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb (fotoreportaj)

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb (fotoreportaj)

Avropa Liqası Dərc olundu: 14.12.2023 Çap
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsində son oyununu keçirib. 
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb (fotoreportaj)
Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin “Hekken” klubu ilə qarşılaşan təmsilçimiz 2:1 hesabı ilə qələbə qazanıb. “Qarabağ”ın qollarını 1-ci dəqiqədə Leandro Andrade və 45+4-cü dəqiqədə Yassin Benzia vurub. Təmsilçimizin heyətində Marko Veşoviç 56-cı dəqiqədə qırmızı vərəqə alıb.
“Qarabağ” 6 oyundan 3 qələbə, 1 heç-heçə əldə edərək 10 xalla qrupu ikinci pillədə tamamlayıb. Təmsilçimiz bu nəticə ilə ölkə futbol tarixində Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.
 
Baş Sponsor 
Partnyorlar