az en
News / “Qarabağ”dan daha bir tarixi uğur!

“Qarabağ”dan daha bir tarixi uğur!

Çempionlar Liqası Dərc olundu: 29.01.2026 Çap
“Qarabağ” Azərbaycan futbolu tarixində növbəti uğura imza atıb. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
“Qarabağ”dan daha bir tarixi uğur!
Azərbaycan çempionu Liqa mərhələsinin sonuncu – VIII turunda İngiltərənin “Liverpul” klubu ilə qarşılaşıb. “Enfild Roud” stadionunda keçirilən görüşdə meydan sahibləri 6:0 hesablı qələbə qazanıblar.
Beləliklə, Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb. Bu raundun püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Təmsilçimizin potensial rəqibləri PSJ (Fransa) və “Nyukasl”dır (İngiltərə). 1/8 finala vəsiqə uğrunda oyunlar isə 17-18 və 24-25 fevral tarixlərində baş tutacaq.
Baş Sponsor