az en
News / Region Liqasında final və III yer uğrunda oyunun yeri müəyyənləşib

Region Liqasında final və III yer uğrunda oyunun yeri müəyyənləşib

Region liqası Dərc olundu: 13.05.2026 Çap
AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib. Yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
Region Liqasında final və III yer uğrunda oyunun yeri müəyyənləşib
İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.
Baş Sponsor