az en
News / Rüfət Abbasov U-21-ə dəvət olunub

Rüfət Abbasov U-21-ə dəvət olunub

U-21 Dərc olundu: 17.11.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni futbolçu dəvət olunub. DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı A millinin düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.
Qeyd edək ki, U-21 millimiz noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.
Rüfət Abbasov U-21-ə dəvət olunub
Baş Sponsor