az en
News / “Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub

Kubok oyunları Dərc olundu: 13.05.2026 Çap
Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib. “Palms Sports Arena”da baş tutan həlledici görüşdə “Sabah” və “Zirə” komandaları qarşılaşıblar.
“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub
Rəqibini 2:1 hesabı ilə məğlub edən “Sabah” ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olub. “Sabah”ın heyətində qolları 70-ci dəqiqədə Patrik Mbina və 90+2-ci dəqiqədə Coy Lens Mikels vurublar. “Zirə”də isə 4-cü dəqiqədə Eren Aydın fərqlənib.
Matçın ardından “Zirə” gümüş, “Sabah” isə qızıl medallarla mükafatlandırılıb. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər. Mərasimin sonunda AFFA-nın prezidenti Rövşən Nəcəf tərəfindən “Sabah” komandasına kubok təqdim olunub.
Baş Sponsor