az en
News / “Əsas odur, futbolçular eyforiyaya qapılmasınlar”

“Əsas odur, futbolçular eyforiyaya qapılmasınlar”

Millətlər Liqası Dərc olundu: 25.09.2022 Çap
UEFA Millətlər Liqası çərçivəsində bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Qazaxıstan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin səsləndiridiyi fikirləri nəzərinizə çatdırırıq:
 
“Əsas odur, futbolçular eyforiyaya qapılmasınlar”
“Bu gün çox keyfiyyətli futbol oynadıq və daha az səhv etdik. Realizasiya baxımından daha yaxşı olmalıyıq. Zərbələrin sayına baxdıqda, faiz baxımından daha çox qol vurmalıyıq. Komandanın ikinci hissədəki oyunundan çox razı qaldım. Qrupda keçirdiyimiz bütün oyunlarda çox yaxşı çıxış etmişik. Qazaxıstanla ilk oyunu xüsusi qeyd edərdim. Orada da qələbəyə layiq komanda biz idik. Düşünürəm ki, düzgün yoldayıq və inkişaf edirik. Bu komanda yaxşı oynaya bilər. Əsas odur, futbolçular eyforiyaya qapılmasınlar.
Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Mən gələndən çoxlu gənc futbolçu oynayıb. Cəlal Hüseynov, Toral Bayramov, Musa Qurbanlı bu müddətdə şans qazanıb. Onlarla davam etməliyik, klublarında da oynamalı, inkişaf etməlidilər ki, nəticələrimizə kömək etsinlər”.
 
Baş Sponsor 
Partnyorlar