Bu gün Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.
Bakı vaxtı ilə saat 21:00-da başlanacaq püşkatma mərasimi "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.