UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.
Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D Liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.