Coca-Cola Məktəbli kuboku Dərc olundu: 29.05.2014Çap
AFFA, Coca-Cola şirkəti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Coca-Cola Məktəbli Kuboku" turnirinin IX siniflər üzrə final oyunu keçirilib. Finalda Sumqayıt şəhərinin 14 saylı orta məktəbinin komandası ilə Şərur rayonunun Aşağı Daşarx kənd orta məktəbinin komandası qarşılaşıb. Qarşılaşma 2:0 hesabı ilə Sumqayıt məktəblilərinin xeyrinə başa çatıb.