az en
News / Təmsilçilərimizin Konfrans Liqasında ilk oyunları

Təmsilçilərimizin Konfrans Liqasında ilk oyunları

Konfrans Liqası Dərc olundu: 25.07.2024 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sumqayıt”, “Zirə” və “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar.
Təmsilçilərimizin Konfrans Liqasında ilk oyunları
“Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstanın “Fehervar”, “Zirə” “Dalğa Arena”da Slovakiyanın “Dunayska Streda” komandasını qəbul edəcək. “Sabah” isə Macarıstanda İsrailin “Makkabi” (Hayfa) kollektivinin qonağı olacaq. “Sumqayıt” – “Fehervar” oyunu İdman TV, “Zirə” – “Dunayska Streda” görüşü CBC Sport, “Makkabi” – “Sabah” matçı isə İctimai TV kanalı vasitəsilə canlı yayımlanacaq.
 
25 iyul
 
“Sumqayıt” - “Fehervar”
Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20:00
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Culio Mani, Rejdi Zaimi
Dördüncü hakim: Kresnik Cyapi
(Hakimlər briqadası Albaniyadandır)
 
“Zirə” – “Dunayska Streda”
Dalğa Arena. Saat 20:30
Baş hakim: İvo Torres
Baş hakimin köməkçiləri: Rafael Morim, Dani Dias Balsa
Dördüncü hakim: Jasmin Sabotiç
(Hakimlər briqadası Lüksemburqdandır)
 
“Makkabi” (Hayfa) - “Sabah”
Kişvarda stadionu. Saat 21:15
Baş hakim: Natan Verbumen
Baş hakimin köməkçiləri: Matias Hillaert, Ruben Vins
Dördüncü hakim: Uesli De Kremer
(Hakimlər briqadası Belçikadandır)
Baş Sponsor