az en
News / U-17 millimiz Gürcüstan yığması ilə qarşılaşıb

U-17 millimiz Gürcüstan yığması ilə qarşılaşıb

U-17 Dərc olundu: 11.10.2026 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı çərçivəsində növbəti beynəlxalq yoldaşlıq oyununu keçirib.
“Dalğa Arena”nın 1-ci məşq meydançasında Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasında oktyabrın 8-də keçirilən ilk yoldaşlıq görüşü Gürcüstan yığmasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.
U-17 millimiz Gürcüstan yığması ilə qarşılaşıb
Baş Sponsor