17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici təlim keçirilib.
AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli tərəfindən keçirilən təlimdə iştirakçılara danışılmış oyunların mahiyyəti, mümkün nəticələri və qarşısının alınması yolları barədə məlumat verilib. Həmçinin futbolçulara belə hallarla üzləşdikdə diqqət etməli olduqları məqamlar izah olunub.
Təlim zamanı mövzu ilə bağlı müxtəlif məsələlər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda iştirakçıların biliklərinin yoxlanılması məqsədilə interaktiv sual-cavab təşkil olunub.