19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində ilk oyununa çıxıb.
B liqasının 6-cı qrupunda yer alan millimiz Xorvatiyanın Karlovats şəhərində yerli komanda ilə qarşılaşıb. “Branko Çavloviç-Çavlek” stadionunda keçirilən görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti oyununu aprelin 14-də Çexiya yığmasına qarşı keçirəcək.